Xan-vəzir
Xan-vəzir — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Bu oyunda beş(7, 9 və s.) nəfər iştirak edir. Hər hansı bir yerdə ovuc boyda bir çala qazılır. Beş(7,9 və s.) xırda daş götürülür. Oyunçular növbə ilə beş addımlıqda dayanıb bu daşları ovucun içində saxlamaqla çalaya atırlar. Əgər daşın üçü(5, 7 və s.) oraya düşərsə, o oyunçu çalanın bir tərəfindən durub xan elan edilir. Daşın ikisi(4, 6 və s.) çalaya düşərsə, həmin oyunçu özünü vəzir elan edir, bir(2, 3 və s.) daşı çalaya düşən oyunçu isə ya xana, yada vəzirə "at" olur. Beləliklə, oyunu gedişində "xan", "vəzir" və onların "atları" məlum olur. Oyun qızışdıqca, yeni daşlar çalaya atıldıqca, oyunçuların ifa etdiyi rollar dəyişilir. Bu zaman xanın hökmü yerinə yetirilir.